ELM VƏ TƏHSİL


Alimlər arıların “naviqasiya sistemi”nin olduğunu müəyyənləşdiriblər

Bakı, 7 oktyabr, AZƏRTAC

Sürəti və istiqaməti müəyyənləşdirən neyronların aşkarlanması ilk dəfə alimlərə arıların “naviqasiya sistemi”ni ortaya çıxarmağa kömək edib.

AZƏRTAC “ScienceDaily” saytına istinadla xəbər verir ki, Edinburq Universitetinin bir qrup alimi İsveçin Lund Universitetinin əməkdaşları ilə birgə tropik meşələrdə yaşayan gecə arılarının beyin fəaliyyətini tədqiq etməklə maraqlı nəticəyə gəliblər. Alimlər müşahidələrdən sonra arının beyninin kompüter modelini hazırlayaraq robot üzərində sınaqdan keçiriblər. Belə qənaətə gəlinib ki, bu sistem gələcəkdə GPS və bahalı kompüter mexanizmi tələb etməyən yeni naviqasiya şəbəkəsinin qurulması baxımından önəmli töhfə ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.