ELM VƏ TƏHSİL


Alimlər bioparçalanan kağız batareya yaradıblar

Bakı, 11 avqust, AZƏRTAC

ABŞ-ın Binqemton Universitetinin tədqiqatçıları bioparçalanan kağız batareya yaradıblar. Onun effektivliyi bütün analoji texnologiyaları geridə qoyur.

AZƏRTAC “naukatv.ru” saytına istinadla xəbər verir ki, elmi ictimaiyyətdə kağız batareyaların ekoloji alternativ qismində istifadəsi imkanı ilə bağlı uzun müddət müzakirələr aparılsa da, indiyədək təklif edilən texnologiyalar yetərincə olmayıb. Bundan başqa, onların hazırlanma prosesi mürəkkəb olub, eləcə də kağız batareyaların parçalanmaq qabiliyyəti şübhə altına alınıb.

Bu dəfə isə tədqiqatçılar tərəfindən kağız və texniki polimerlərin hibridindən istifadə edən kağız biobatareya hazırlanıb. Tədqiqatçılar qrupu suda batareyanın deqradasiyasını yoxlayıb, bu prosesi xüsusi qurğular və şərait olmadan və ya mikroorqanizmlər tətbiq etmədən işə sala bilib.

Polimer kağız konstruksiyalar çox yüngül, ucuz və elastik olur. Biobatareyaların istehsal prosesi çox sadədir və material tələblərdən asılı olaraq modifikasiyalara imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.