ELM VƏ TƏHSİL


Alimlər dəniz samurunun suda donmamasının səbəbini izah ediblər

Bakı, 12 iyul, AZƏRTAC

A&M Texas Universitetinin əməkdaşları dəniz samurundan götürülmüş əzələ nümunələrini tədqiq ediblər.

AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, tədqiqatçılar insan, qoşqu iti və dəniz fili ilə müqayisədə dəniz samurunun əzələsinin nə qədər oksigen udduğunu ölçüblər. Oksigen sərfinə əsasən hüceyrənin “enerji stansiyasının” – mitoxondrilərin işi haqqında fikir söyləmək olar. Bütün enerji reaksiyalarının mahiyyətini protonları (hidrogen ionlarını) mitoxondrinin membranında yenidən qruplaşdırmaq təşkil edir. Bu, çaydakı bəndə bənzəyir: membranın bir tərəfində ionlar çoxalır, digər tərəfində azalır. Protonlar arasında fərq kifayət qədər olduqda onlar geriyə “qaçmağa” başlayır və eyni vaxtda hüceyrənin əsas enerji molekulu olan ATF-i sintez edən fermenti buraxır. Lakin protonların mitoxondridə “boş yerə” işlədiyi hal da olur. Membranın bir tərəfində toplanan protonlar ATF-i sintez edən fermentin üzərindən “adlayaraq” geri qayıdır. Bu halda enerji istiliyə çevrilir. Dəniz samurunun bədəninin isti olmasının səbəbi də bununla əlaqədardır. Skelet əzələsi onun bədən kütləsinin 40-50 faizini təşkil edir və bütün əzələlərdə bu cür isti “sızması” baş verirsə, bu, bədənin isti olması üçün kifayət edir. Eyni zamanda, dəniz samuru titrəmir – onun əzələləri büzüşmür. Bu mexanizm çox kiçik gəmiricilərdə son dərəcə intensiv maddələr mübadiləsi ilə işləyir.

“Science” jurnalında dərc edilmiş məqalədə bildirilir ki, dəniz samurunda mitoxondrinin bu xüsusiyyəti sayəsində onun bədəni son dərəcə effektiv qızınır. Tədqiqatçılar güman edirlər ki, həmin canlılarda bu proses nə yollasa tənzimlənir, yəni bədən lazım olanda qızınır. Əgər digər heyvanlardan bu qədər çox enerji “sızsaydı”, o halda qeyri-effektiv maddələr mübadiləsi baş verəcəkdi. Lakin dəniz samurunda enerji qeyri-effektivliyi onların özünəməxsus üstün keyfiyyətinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.