ELM VƏ TƏHSİL


Alimlər dəri xərçənginin daha dəqiq optik diaqnostikası metodunu işləyib hazırlayırlar

Bakı, 23 sentyabr, AZƏRTAC

Rusiya və Bolqarıstan alimlərinin hazırladığı metod dəri xərçənginin optik diaqnostikasının dəqiqliyini artıracaq. Bu barədə Rusiyanın Samara Universiteti məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın mahiyyəti dəri xərçənginə dair bir neçə yaxşı işlənib hazırlanmış və məlum yanaşmaları birləşdirməkdir. Alimlər bir kompleks metodda diaqnostikanın bir neçə növü, o cümlədən Ramanovski (onkopatologiyanın 80-90 faiz dəqiqliklə müəyyənləşdirilməsi), yaxın qırmızı sahədə fluoressensiya (60 faiz dəqiqlik) və spektrin görünən sahəsində fluoressensiya (65-80 faiz dəqiqlik) analizləri birləşdirməyi planlaşdırırlar.

Qeyd olunur ki, yeni metod əsasında poliklinikalarda əhalinin kütləvi və operativ skrininq müayinəsi üçün yeni portativ cihaz yaradılacaq. Məsələn, dispanserləşdirmə zamanı şübhəli xalı və ya ləkəni lazer şüasına yönəltdikdən sonra dəqiq diaqnoz qoyulacaq. Diaqnostika cihazının ölçüsü ayaqqabı qutusu boyda olacaq və həkimlər onu ayrı-ayrı yerlərə özləri ilə apara bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.