ELM VƏ TƏHSİL


Alimlər duzlu gölləri öyrənmək üçün Buryatiyada toplaşacaqlar

Bakı, 18 avqust, AZƏRTAC 

Rusiyanın Buryatiya Respublikasında avqustun 21-dən 25-dək duzlu göllərin öyrənilməsi üzrə konfrans təşkil olunacaq.

AZƏRTAC runews24.ru saytına istinadla xəbər verir ki, Buryatiya Dövlət Universitetində keçiriləcək konfransda dünyanın 15 ölkəsindən 150-dən çox tədqiqatçı iştirak edəcək.

Konfransda dünya alimlərinin duzlu, eləcə də duzsuz göllərin ekosistemləri və resurslarından səmərəli istifadə olunması ilə bağlı apardıqları tədqiqatlar əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, tədbir Rusiya hökumətinin dəstəyi ilə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.