REGİONLAR


“Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunda “Meyvə və üzüm bağlarında innovativ aqrotexniki tədbirlərin zərərli orqanizmlərə təsiri” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə institutun alimləri, Göygöl, Samux rayonlarında üzümçülük və meyvəçiliklə məşğul olan mütəxəssislər, fermerlər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, mövzu ətrafında müxtəlif fikirlər səsləndirilib, fermerlər quraqlıq nəticəsində bir sıra problemlərlə üzləşdiklərini və çıxış yolu kimi süni göllərin və sututarların yaradılmasını təklif ediblər. Samux rayonunda fəaliyyət göstərən fermer Raiz Mehdiyev öz təsərrüfatında ötən il rastlaşdığı alma ağacının meyvələrinin metamorfoza uğradığını, formasını dəyişərək üzüm salxımı görkəmi aldığını bildirib. Mütəxəssislər bunun ontogenezin müəyyən kritik mərhələsində hər hansı bir faktorun təsiri ilə baş verdiyini bildiriblər.

Fitopatalogiya şöbəsinin elmi işçisi Gülcamal Ələsgərova zərərli orqanizmlərin populyasiya sıxlığını nəzarətdə saxlamaq üçün aqrotexniki qaydalara vaxtında və düzgün əməl etməklə ekoloji təmiz məhsul yetişdirilməsini tövsiyə edib.

Sonda bu mövzu ilə bağlı dəyirmi masanın birbaşa meyvə və üzüm bağlarında təşkil olunması qərara alınıb.

Dəvət olunmuş iştirakçılara “Meyvə bağlarında zərərli orqanizmlər və onlara qarşı mübarizə tədbirləri” adlı buklet paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.