CƏMİYYƏT


Alimlər hipertoniyanın yeni müalicə üsulunu tapıblar

Bakı, 20 oktyabr, AZƏRTAC

Toledo Universitetinin əməkdaşları müəyyən ediblər ki, tərkibində β-hidroksiyağ turşusu olan vasitələr hipertoniklərin təzyiqini normallaşdıra bilər. Bu, yağ turşularının metabolizmi zamanı qaraciyərdə əmələ gələn karbon hidroksi turşusudur.

AZƏRTAC “MedDaily”yə istinadla xəbər verir ki, orqanizmə külli miqdarda duzun daxil olması β-hidroksiyağ turşusunun səviyyəsini azaldır. Amma orqanizmə daxil olan kalorilər azalanda, fiziki fəallıq artanda onun sintezi güclənir. Nəticədə təzyiq normallaşır.

Siçovullar üzərində aparılan eksperiment göstərib ki, qaraciyərdə β-hidroksiyağ turşusuna çevrilən 1,3 butandiol böyrəklərdə hipertoniyanın səbəb olduğu iltihabı azaldır. Mütəxəssislər hipertoniklərdə β-hidroksiyağ turşusunun qıtlığını üzə çıxarmağa, hipertoniyanın müalicəsi üçün nə qədər turşu tələb olunduğunu və bunun digər orqanlar üçün nə dərəcədə təhlükəli olduğunu müəyyənləşdirməyə ümid bəsləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.