DÜNYA


Alimlər musiqinin təbiətə təsirini öyrəniblər

Bakı, 2 iyun, AZƏRTAC

Gözəl musiqini ruhun qidası hesab edirlər, lakin onun sehrinə təkcə insanlar deyil, təbiətdə də düşənlər var. Klassik musiqinin delfin və köpək balıqlarına müsbət təsir etdiyi də məlumdur.

AZƏRTAC xəbər verir ki, alimlər musiqinin təbiətə təsirini öyrənmək üçün bitkilər üzərində müşahidələr aparıblar. Məlum olub ki, klassik musiqi sədaları altında noxud iki gün tez yetişir, buğda isə daha tez boy atır. Aqressiv musiqilərin səslənməsi isə bitkilərin tez solmasına səbəb olur.

Musiqi dinləyərkən insanlar melodiyaya, çiçəklər isə ritmə münasibət bildirir. Sakit və klassik musiqilər hətta suyun üzündə də gözəl fiqurlar yaranmasına səbəb olur. Suyun yanında mənfi yüklü musiqinin səslənməsi zamanı molekulların daha xaotik hərəkəti müşahidə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.