Alimlər müxtəlif psixi xəstəliklər arasında genetik oxşarlıqlar aşkar ediblər
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Alimlər müxtəlif psixi xəstəliklər arasında genetik oxşarlıqlar aşkar ediblər. Yeni genetik araşdırmaların nəticələri göstərib ki, eyni psixi xəstəlik diaqnozu olan insanlarda əlavə psixi xəstəliklər inkişaf edə bilər.
AZƏRTAC xəbər verir ki, bu iddia “Nature Genetics” jurnalında dərc edilən elmi məqalədə əksini tapıb. Tədqiqatçılar müəyyən ediblər ki, bir sıra psixi xəstəliklərin genetik oxşarlıqları var. Ruhi xəstəliyi olan insanların yarıdan çoxunda iki və ya üç, təxminən üçdəbirində isə dörd və ya daha çox xəstəlik var ki, bu da onların aşkarlanması və müalicəsi üçün çətinlik yarada bilər.
Bununla belə, tədqiqat müəlliflərinin fikrincə, ortaya çıxan nəticələr psixi xəstəliklərdə diaqnostikanın yeni üsullarına və eyni vaxtda bir neçə pozuntunun yeni müalicə üsullarına gətirib çıxara bilər.

Xəbərin mətnində orfoqrafik səhv var