ELM VƏ TƏHSİL


Alimlər qrafeni ideal yarımkeçiriciyə çevirdilər

Bakı, 4 noyabr, AZƏRTAC

Alimlərin fikrincə, əgər qrafen volfram, oksigen və selendən ibarət ikiölçülü materialla birləşdirilsə, onda onu ideal yarımkeçiriciyə çevirmək olar. Bunun nəticəsində qrafen əsasında şəffaf elektronika cihazları istehsal etmək mümkün olacaq. Tədqiqatın nəticələri “Nature Electronics” jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kolumbiya Universitetinin (ABŞ) professoru Ceyms Hounun sözlərinə görə, tədqiqat zamanı qrafen nəinki yarımkeçirici materiala çevrilib, həm də onun xüsusiyyətlərini yeni idarəetmə yolu kəşf olunub.

Qrafen karbonun növ müxtəlifliyi olub, bir atom qalınlığında materialdır. Qrafen atomlarını birləşdirən kimyəvi rabitələr strukturuna görə arı şanını xatırladır. İlk qrafen nümunələrinin əldə edilməsinə və tədqiqinə görə Konstantin Novosyolov və Andrey Qeym 2010-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülüblər.

Sonrakı eksperimentlər göstərib ki, qrafenin xüsusiyyətləri arasında nəinki faydalı olanı, onun tətbiqinə mane olan cəhətlər də var. Məsələn, qrafeni tamdəyərli yarımkeçiriciyə çevirmək çətindir, çünki onda “qadağan zonası” yoxdur.

C.Hounun sözlərinə görə, çoxdan bəri alimlər müxtəlif qatışıqların köməyilə bu maneəni aradan qaldırmağa çalışırlar. Onların köməyilə qrafeni yarımkeçiriciyə çevirmək olar, lakin qatışıq bir qayda olaraq ikiölçülü material üzrə son dərəcə qeyri-həmcins bölünür. Ona görə də belə qrafendən böyük xərclər olmadan mürəkkəb elektronikanın istehsalında istifadə edilə bilməz.

Amerikalı tədqiqatçılar izah ediblər ki, əgər qrafen lövhə volfram, selen və oksigen atomlarından ibarət digər ikiölçülü materialla birləşdirilsə, həmin problemi həll etmək olar. Onların qarşılıqlı təsiri nəticəsində qrafenin elektrik xüsusiyyətləri dəyişir və onun daxilində yarımkeçirici materiallar üçün xarakterik olan müsbət yüklü “deşiklər” yaranır.

Məlum olub ki, müsbət yüklü bu sahələr qrafen üzrə ideal paylanıb. İkiölçülü material lövhələri arasında məsafəni dəyişərək onların xüsusiyyətlərini və miqdarını idarə etmək mümkündür. Bunun nəticəsində belə material elastik elektronika istehsalı və digər məsələlərin həlli üçün istifadə edilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.