ELM VƏ TƏHSİL


Alimlər rəngli süni elektron dəri hazırlayıblar

Bakı, 7 avqust, AZƏRTAC

Çin alimləri çox nazik, elastik və keçiricilik qabiliyyətinə malik maddə olan qrafen əsasında rəngli süni elektron dəri hazırlayıblar. Dəri sağlamlıq vəziyyətinin monitorinqi üçün daşınan elektron qurğu kimi işləyə bilir.

AZƏRTAC belta.by saytına istinadən xəbər verir ki, “E-skin” adlı elektron dərinin hazırlanmasında insan dərisinə bənzəyən və təzyiq, temperatur və dartılmanı hiss edə bilən elastik elektron materialdan istifadə olunub. Suyun köməyilə elektron dəri yalnız insan bədəninə deyil, həm də yarpaq və ipək kimi obyektlərə köçürülə bilər.

Elektron dərini insan dərisinə, həmçinin tənəffüs, ürək döyüntüsü və səs daxil olmaqla, bədən siqnallarının ölçülməsi üçün boğaza bərkitmək olar. Yüksək həssaslığa malik olan elektron dəri yüksək temperatura davam gətirir və daşımaq üçün olduqca rahatdır.

Alimlər elektron dərinin səhiyyə və süni intellekt sahələrində tətbiq üçün böyük imkanlara malik olduğuna əmindirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.