ELM VƏ TƏHSİL


Alimlər su altında əmrləri yerinə yetirən robot ixtira ediblər

Bakı, 16 aprel, AZƏRTAC 

ABŞ alimləri su altında işləmək üçün robot ixtira ediblər. “SwarmDiver” adlı robot su anbarlarının monitorinqi üçün nəzərdə tutulub. Kompleks suyun altında 50 metrə qədər dərinlikdə əmrləri yerinə yetirir. Robot kənd təsərrüfatında, həmçinin müdafiə məqsədilə tətbiq edilə bilər.

AZƏRTAC belta.by saytına istinadla xəbər verir ki, sistemi suya həm sahildən, həm də gəmi vasitəsilə salmaq mümkündür.

“SwarmDiver”in hər bir elementi 74 santimetr uzunluğa və iki motora malikdir. Robot saniyədə 2,2 metr sürət toplaya, həmçinin suya enə bilər. Akkumulyatorun həcmi su altında 2,5 saat işləməyə, yeddi kilometr məsafə qət etməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.