ELM VƏ TƏHSİL
Alimlər yaranı çapıq izi qoymadan sağaldan “yapışqan” hazırlayıblar
Bakı, 17 may, AZƏRTAC
Koreya Respublikasının Pohanq Universitetinin bir qrup tədqiqatçısı yaranı çapıq izi qoymadan sağaldan yeni növ “yapışqan” hazırlayıb. Bu məqsədlə onlar tərkibində dekorin olan və dəridəki kollaqeni bərpa edən zülallardan istifadə ediblər.
AZƏRTAC “true-news.info” saytına istinadla xəbər verir ki, dekorin orqanizmdə kollagen liflərini sabitləşdirən dermatan-sulfatla əlaqəlidir. Yeni hazırlanan tərkib dəridə kollagenə bənzər liflərdən ibarət strukturu bərpa edir və dərinin tez sağalmasına şərait yaradır. Hazırda yapışqan heyvanlar üzərində sınaqdan keçirilir. Alimlər bu yapışqan sayəsində 28 gün ərzində siçovulların dərin yaralarının çapıqsız sağalmasına nail olublar.