ELM VƏ TƏHSİL


Alimlər yaranın sürətli sağalmasına imkan verən sarğı hazırlayıblar

Bakı, 6 aprel, AZƏRTAC

Hərbi əməliyyatlar zamanı yaranın vaxtında sarınması böyük əhəmiyyət kəsb edir. Çünki yaranın infeksiyaya yoluxma ehtimalı çox yüksəkdir, həkimi gözləməyə isə vaxt olmur. Bu problemi həll etmək üçün ABŞ-ın Texas Aqrar Texniki Universitetinin alimləri yaranı sağaldan inyeksiya sarğısı üçün material yaradıblar. Bunun üçün dəniz yosunlarından alınan xüsusi maddədən istifadə olunub.

AZƏRTAC hi-tech.mail.ru saytına istinadla xəbər verir ki, gil hissəcikləri və xüsusi maddədən inyeksiya zamanı yaranı dolduran gel əmələ gəlir. Onun vasitəsilə bakteriyaların yaraya girişi bağlanır, yayılmış hissəciklər yaranın sağalmasına imkan yaradaraq zülalın absorbsiyası mərkəzləri rolunu oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.