DÜNYA


Alimlər yaşayış üçün yararlı ola bilən ekzoplanetlər aşkarlayıblar

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 22-də amerikalı və belçikalı astronomlar Dolça bürcündə Yerə bənzər 7 ekzoplanetdən ibarət sistemin aşkarlandığı barədə bəyanatla çıxış ediblər.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, NASA-nın elmi bölməsinin rəhbəri Tomas Surbuhenin sözlərinə görə, TRAPPIST-1 adlanan tənha ulduzun ətrafında dövr edən bu planetlər yaşayış üçün əlverişli şəraitə malik ola bilər. Onlardan üçü səthində maye şəkilli suyun toplana biləcəyi “həyat zonasında” yerləşir və əlverişli atmosfer şəraitində bu planetlərin hər birində su ola bilər.

Həmin ekzoplanetlər Yer kürəsindən 39 işıq ili məsafəsində aşkar olunub.

Yaxın 5 ildə alimlər bu ekzoplanetləri, o cümlədən onların atmosfer qatını daha ətraflı öyrənmək niyyətindədir. Bunun üçün gələn ilin oktyabrında fəzaya göndəriləcək ən yeni “Ceyms Uebb” teleskopundan istifadə ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.