CƏMİYYƏT


Alimlər yaşıl çayın daha bir faydasını müəyyən ediblər

Bakı, 5 avqust, AZƏRTAC

Yaşıl çay uzun müddətdir ki, sağlamlıq üçün bir çox faydaları ilə tanınır. Lakin yeni bir araşdırma göstərib ki, onun faydası daha perspektivli ola bilər.

Belə ki, ekspertlər yaşıl çayın metabolik sindroma təsirini araşdırıblar. «Earth.com» saytının məlumatına görə, metabolik sindrom şəkərli diabet, yüksək qan təzyiqi (hipertoniya) və piylənmənin birləşməsini ifadə edən tibbi termindir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, nəticələr yaşıl çayın bağırsaq iltihabını azaltmağa, həmçinin bu sindromu olan insanlarda qanda şəkərin səviyyəsini aşağı salmağa qadir olduğunu göstərib.

"Əvvəlki tədqiqatlar dəfələrlə göstərib ki, insanlar yaşıl çayı daha tez-tez qəbul etdikdə onlarda xolesterin, trigliserid və qlükozanın səviyyəsi yaxşılaşır. Lakin heç bir araşdırma onun faydasını bağırsaqla əlaqələndirməyib", - deyə tədqiqat müəllifi Ohayo Dövlət Universitetindən Riçard Bruno bildirib.

Tədqiqatçılar müəyyən ediblər ki, plasebo qəbul edənlərlə müqayisədə yaşıl çay ekstraktına üstünlük verənlərin qanında şəkərin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı olur. Araşdırma zamanı, həmçinin bağırsaq iltihabının da azaldığı müşahidə edilib.

“Tədqiqatımız hazırda müalicəsi çox çətin olan metabolik sindromun yeni müalicə üsullarına yol açır. Lakin bunun üçün mütləq əlavə tədqiqatlar aparmalıyıq”, - deyə alimlər bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.