ELM VƏ TƏHSİL


Alimlər yeni doğulan körpələr üçün süni ağciyər yaradıblar

Bakı, 6 iyul, AZƏRTAC

Kanada və Almaniyanın bir qrup alimi tənəffüs problemləri yaşayan yeni doğulan körpələr üçün xarici süni ağciyər yaradıb. Süni ağciyər xüsusi qaz və oksigen qarışığından deyil, havadan istifadə edir.

AZƏRTAC science.gov.az saytına istinadla xəbər verir ki, yeni işləmə qanı oksigen ilə zənginləşdirən ikitərəfli məsaməli membranlardan ibarət olan mikrokanallar sistemini özündə əks etdirir. Sözügedən konstruksiyada qan nasosların köməyi ilə deyil, sərbəst şəkildə dövr edir, təzyiqin dəyişməsi nəticəsində isə qan hüceyrələrinin zədələnməsinin qarşısı alınır. Cihazın forması qanın tərkibini həmcins saxlayaraq körpələrə lazimi həcmdə çatdırılmasını təmin edir.

Alimlərin sözlərinə görə, süni ağciyərlər yeni doğulan körpələrin orqanizminin bütün zəruri tələblərini ödəmək gücündədir. Qurğunun dayanıqlılığını yüksəltmək və körpənin orqanizminə düşən yükü azaltmaq üçün fiziklər onun hazırlanmasında digər materialları da sınaqdan keçirmək niyyətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.