ELM VƏ TƏHSİL


Alimlərimiz Buxarestdə elmi sessiyada iştirak ediblər

Bakı, 28 noyabr, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) üzvü olan ölkələrin hökumətlərinin səlahiyyətli nümayəndələri komitəsinin növbəti sessiyası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də səlahiyyətli nümayəndəsi, akademik Nazim Məmmədov və bölmənin baş mütəxəssisi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də səlahiyyətli nümayəndəsinin assistenti Yeganə Əliyeva təmsil ediblər.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, BNTİ-nin direktoru, akademik V.A.Matveyev öz məruzəsində ötən ilin yekunlarından danışıb, ölkələr arasında elmi əlaqələrin inkişafına xüsusi diqqət yönəldib. Bildirib ki, cari il BNTİ üçün olduqca səmərəli olub, yeni layihələrə imza atılıb. BNTİ-yə üzv ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq genişləndirib, müştərək tədqiqat və proqramlar həyata keçirilib. Bu işlər indi də davam etdirilir.

Elmi sessiyada BNTİ-nin vitse-direktorları V.Kekelidze və R.Lednitski NİCA layihəsinin icrası və 2019-cu il üçün layihə üzrə nəzərdə tutulan işlərə dair məruzələrlə çıxış ediblər. Bundan əlavə, tədbirdə BNTİ-nin elmi katibi A.Sorin institutun elmi şurasının tərkibində edilən dəyişikliklər haqqında danışıb. BNTİ-nin beynəlxalq əlaqələr şöbəsinin rəisi D.Kamanin assosiasiya olunmuş ölkələrlə əlaqələrdən bəhs edib. İnstitutun informasiya texnologiyaları laboratoriyasının direktoru V.Korenkov isə informasiya texnologiyalarının inkişafının əsas trendləri, çağırış və perspektivləri barədə məruzə ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.