Alinur Aktaş: “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu Şuşaya təhvil vermək ayrı bir xoşbəxtlikdir VİDEO
AzerTAg.az

Bursa, 10 dekabr, AZƏRTAC
Bir il boyunca “Türk dünyasının mədəniyyət paytaxtı” adını layiqincə daşıdığımız üçün qürurluyuq. 2021-ci ildə aldığımız bu əmanəti indi “Bir millət, iki dövlət” bildiyimiz can Azərbaycana, qardaş və dost ölkəyə təhvil verməkdən çox xoşbəxtik. Təbii ki, Şuşa hər birimiz üçün xüsusi məna kəsb edən bir məkandır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan mediasına müsahibəsində Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş bildirib.
Bələdiyyə sədri deyib: “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu xüsusilə, Qarabağ Zəfərinin vacib bir dönüm nöqtəsi olan Şuşa şəhərinə təhvil vermək bizim üçün ayrı bir xoşbəxtlikdir. Bu bir il boyu müxtəlif tədbirlər həyata keçirdik. Türk dünyasının iş adamları, turizm, idman sahələrini, milli mətbəxini, musiqiçilərini, yazıçılarını birləşdirdik. İki gündür mədəniyyət paytaxtımızın təhvilini də buna uyğun hesab edərək, Şuşa ilə bağlı müxtəlif tədbirlər keçirdik. Əminəm ki, 3 milyon 150 min bursalının hər biri artıq Şuşanı daha yaxından tanıyır. Dövlət başçılarımız və ölkələrimiz arasında həqiqi, dərin, qədim dostluq və qardaşlıq münasibətləri var. Onsuz da bizim xalqımızın hər bir fərdində Azərbaycana qarşı xüsusi sevgi var idi. Lakin, bu tədbirlərdən sonra onların da Azərbaycana, Şuşaya maraqlarının artacağı və oranı ziyarət etmək istəyəcəklərindən əminəm. Bursa Böyükşəhər bələdiyyəsi olaraq hər zaman Azərbaycanın, Şuşanın yanındayıq və hər bir dəstəyi göstərməyə hazırıq. Bu yolda Şuşaya uğurlar arzu edirəm”.
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa
Xəbərin mətnində orfoqrafik səhv var