İQTİSADİYYAT


Alişa Çinay: Şopinq festivalı Bakını dünyaya yeni imicdə təqdim edir

Bakı, 14 noyabr, AZƏRTAC

Şopinq festivalları adətən nüfuzlu, inkişaf etmiş ölkələrdə təşkil edilir. Azərbaycanın paytaxtı Bakıda da şopinq festivalının keçirilməsi müsbət haldır.

AZƏRTAC xəbər verir ki, bu fikri məşhur “Made in İndia” mahnısının ifaçısı, Bakıda keçirilən “Hind gecəsi” musiqi festivalının qonağı Alişa Çinay festivalın saytına açıqlamasında söyləyib. “Dünya brendlərinə hər zaman maraq var. Təcrübə göstərir ki, şopinq festivalı çərçivəsində bu maraq daha da artır. Şopinq festivalı, həm də Bakının dünyaya yeni imicdə təqdim edilməsi baxımından əhəmiyyətlidir”, - deyə A.Çinay bildirib. Ölkəmizin paytaxtı haqqında fikirlərini bölüşən qonaq deyib: “Bakı qədim tarixi olan gözəl şəhərdir, çox bəyəndim. Yeməklərinizi xüsusi olaraq sevdim. İçərişəhəri gəzmişəm. Çox maraqlı məkandır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.