MƏDƏNİYYƏT
Alisa yeni macəralarla görüşə gəlir
Bakı, 12 may, AZƏRTAC
İyunun 11-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Alisa yeni macəralar axtarışında” adlı uşaq şou-müzikli təqdim ediləcək.
AZƏRTAC Rus Dram Teatrının saytına istinadla xəbər verir ki, tamaşaçıları Luis Kerrolun ölməz süjetinin yeni və gözlənilməz səhnə təcəssümü qarşılayacaq. Şouda möcüzə reallığa çevriləcək, reallıq isə möcüzəyə bənzəyəcək. Gözlənilməz obrazlar, rəngarəng dekorasiya və kostyumlar, hazırcavab aktyor oyunu, şux musiqi nə balaca tamaşaçıları, nə də böyükləri laqeyd qoymayacaq. Şounun yaradıcıları L.Kerrolun kitabından əsas səhnələri saxlayıblar.
“Alisa yeni macəralar axtarışında” adlı şou-müzikl təkcə hər şeyi bilməyə can atan qızın nağıllar ölkəsinə səyahəti deyil, həm də L.Kerrolun “Alisa möcüzələr ölkəsində” əsərində təsvir etdiyi fantastik dünyanın məxsusi dekorasiyalarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]