MƏDƏNİYYƏT


Əlişir Nəvainin “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransadan Özbəkistana gətirilib

Daşkənd, 19 fevral, АZƏRTAC

Əlişir Nəvainin Herat xəttatlıq məktəbinin nümayəndəsi Əli Hicrani tərəfindən üzü köçürülən “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransa Milli Kitabxanasından Özbəkistana gətirilib.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Mədəni İrsi Tədqiqat Mərkəzinin direktoru Roik Bahadurov jurnalistlərə deyib ki, indiyədək Özbəkistana məxsus bir çox əlyazma, miniatür, bəzək əşyaları, musiqi alətləri və fotoşəkillər üzə çıxarılıb.

Bu mədəni irs nümunələri arasında İmam Buxarinin, İmam Termezinin, Əbu Reyhan Biruninin, İbn Sinanın əlyazmaları da var. Əlişir Nəvainin “Seçilmiş əsərləri”, “Uşaqlığın möcüzələri”, “Fərhad və Şirin”, “Seçilmiş divan” əsərlərinin rəngli elektron nüsxələri də Özbəkistana gətirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.