DÜNYA


“Alitalia” şirkətinə məxsus təyyarə Yaponiyanın şimalında fövqəladə eniş edib

Tokio, 7 avqust, AZƏRTAC

Romadan Tokionun “Narita” aeroportuna uçan “Alitalia” şirkətinə məxsus “Boeing-777” sərnişin təyyarəsi Yaponiyanın şimalında yerləşən “Yeni Titoşe” aeroportuna fövqəladə eniş edib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, fövqəladə enişə səbəb təyyarənin mühərrikində baş verən nasazlıq olub. Təyyarənin göyərtəsindəki 290 sərnişindən heç biri xəsarət almayıb, yanğın təhlükəsi yoxdur.

Təyyarə aeroporta endikdən sonra özü anqara doğru hərəkət edib. Hazırda baş verən hadisənin və təyyarədəki nasazlığın səbəbləri araşdırılır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.