ELM VƏ TƏHSİL
Alixan Baimenov: Dövlət qulluğu üzrə insan resurslarının fərqli idarə edilməsinə ehtiyac var
Bakı, 20 dekabr, AZƏRTAC
Dövlət Qulluğu üzrə Astana Regional Xabda 44 ölkə, 80 tərəfdaş təşkilat təmsil olunur. Xab platforma kimi fəaliyyət göstərir, üzv ölkələrin hökumətlərinə səmərəli dövlət qulluğu sisteminin yaradılmasında töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov deyib.
“COVID-19 pandemiyası insan ehtiyatlarının idarə olunması məsələlərini qabartdı. Problemin həlli üçün tamamilə fərqli idarəetmə keyfiyyətinə ehtiyac var. Bu idarəetmə keyfiyyəti müəyyən platformalar üzrə həyata keçirilir. Bu, insan kapitalının idarə olunmasını nəzərdə tutur.
Bu platformalardan biri də dövlət qulluğu üzrə Astana Xabdır. Qeyd edim ki, Astana Xabdan başqa BMT-nin Dövlət Qulluğu üzrə Beynəlxalq Komissiyası fəaliyyət göstərir. Komissiya BMT sistemində insan ehtiyatlarının idarə edilməsi məsələsinə baxır. Üzv ölkələrə müvafiq təcrübələrin bu sistemin təkmilləşdirilməsinə dəstək göstərir. Astana Xab BMT-nin Dövlət Qulluğu üzrə Beynəlxalq Komissiyası ilə tərəfdaşdır. Beləliklə, platformamız vasitəsilə üzv ölkələrimizə dövlət qulluğu sisteminin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr veririk”, - deyə Alixan Baimenov qeyd edib.