QAN YADDAŞI


Əlixan Osmanov: O dəhşətli gecədə şəhid olanlar Azərbaycan tarixinin ən parlaq səhifəsini yazdılar

Bakı, 20 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 20-də öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Bu fikri AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov bildirib. O qeyd edib ki, 30 il bundan əvvəl sovet hərbi birləşmələri Bakıya daxil olaraq günahsız insanları qətlə yetiriblər. Baş mühəndis uzun müddət keçməsinə baxmayaraq bu qanlı hadisələri olduğu kimi xatırladığını bildirib. Həmin gecə insanları silahlı birləşmələrin qırğınından qorumaq üçün Metropoliten işçilərinin səhərə kimi işlədiyini deyən Ə.Osmanov deyib ki, bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq və suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. O dəhşətli gecədə şəhid olanlar Azərbaycan tarixinin ən parlaq səhifəsini yazdılar və xalqın milli azadlığı və müstəqilliyi yolunu açdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.