İDMAN


Əliyar Ağayev Yunanıstanın “PAOK” və “Atromitos” komandaları arasındakı oyunu idarə edəcək

Bakı, 7 mart, AZƏRTAC

FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununu idarə etmək üçün təyinat alıb.

AZƏRTAC xəbər verir ki, 32 yaşlı baş hakim “PAOK” – “Atromitos” matçını idarə edəcək. Martın 10-da keçiriləcək qarşılaşmada Ə.Ağayevə yan xətt hakimləri Akif Əmirəli və Rza Məmmədov kömək edəcəklər.

“Tumba” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.