Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Əliyevlər ailəsinin ən böyük arzusu tezliklə doğma Füzuliyə – işğaldan azad olunmuş Qərvəndə qayıtmaqdır VİDEO

Masallı, 26 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistan ordusunun təxribatlarına Azərbaycan Ordusunun tutarlı cavabı - düşmənin xeyli sayda canlı qüvvəsinin məhvi, hərbi texnikasının darmadağın edilməsi və qənimət kimi götürülməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Füzuli rayonu və 30-a yaxın kəndinin, o cümlədən kənd Horadizin azad edilməsi hamımızın, xüsusən füzulililərin böyük sevincinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, iyirmi yeddi ildir Masallı şəhərinin Seybətin yaşayış massivində məskunlaşan Füzulidən olan Əliyevlər ailəsi bir neçə gündür elan olunan möhtəşəm qələbə sevincini yaşayır. Rəşadətli Ordumuzun gücü sayəsində onların da doğma kəndi - Qərvənd işğaldan azad edilib. Sevinc hisslərini bizimlə bölüşən ailənin 46 yaşlı nümayəndəsi Oruc Əliyev çətin də olsa o günləri xatırlayaraq xatirələrini bizimlə bölüşdü. Oruc Əliyev deyir ki, Qərvənd kəndindən çıxanda 19 yaşı var idi, ailənin ən böyük övladı da odur. 1993-cü ildə valideynləri, iki bacısı və iki qardaşı ilə bərabər bir həftə yol gəldikdən sonra iki ay İmişli rayonunda məskunlaşıblar. Sonda ailə Masallıya pənah gətirib. Artıq 27 ildir rayonun Seybətin kəndində yaşayan ailə burada yerli əhalidən daim böyük qayğı və səmimi münasibət görüblər.

Füzuli sakini Oruc Əliyev deyib: “Bura da bizim üçün Vətəndir. Masallılar, seybətinlilər də bizə doğmadır. Az müddət deyil. Neçə illərdir ki, bu səmimi, qayğıkeş insanlara qaynayıb-qarışmışıq. Onlardan ayrılmaq bizim üçün çətin olacaq. Qardaşlarım Dayandur, Bayandur və mən burada ailə həyatı qurmuşuq. Hər birimiz üç övlad atasıyıq. Qardaşımın qızı və iki bacım buradakı evimizdən gəlin köçüb”.

Təəssüf ki, bu illər ərzində atası Cəmil kişi yurd həsrəti ilə dünyasını dəyişib.

“Atam 2009-cu ildə dünyasını dəyişdi, elə burada da dəfn elədik. Oranın ab-havası ilə yaşayardı və inanırdı ki, ora qayıdacağıq. Prezidentimiz elan eləyəndə ki, torpaqlarımızın bəzi hissələri azad olunub, atamın qəbrini ziyarət etdim, dedim ata, ruhun şad olsun, o gözlədiyin vaxt yetişdi”, - deyə O.Əliyev bildirib.

İndi ailənin ən böyük arzusu doğma Füzuliyə - Qərvənd kəndinə qayıtmaqdır. Müsahibimiz deyir ki, məcburi köçkün statusundan qurtulduq, gələcək nəslə deməyə sözümüz var - biz qələbə çaldıq. Azərbaycanın hər yeri torpağımızdır. Lakin uşaqlıqdan hər cığırına bələd olduğum o ərazilərə - Füzuliyə, Qərvəndə getmək üçün səbirsizlənirəm. Hər kəsə doğulub boya-başa çatdığı yurdu, kəndi əzizdir, əvəzedilməzdir. Hədsiz sevinən ailə məcburi köçkün statusundan qurtulduqları üçün Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza minnətdarlıq edir.

Oruc Əliyev deyib: “Peyğəmbərimiz də buyurub ki, vətənini sevmək imandandır. O şəxs ki, öz vətənini, torpağını, millətini sevmir, onun insaniyyətliyi yoxdur. Neçə illərdir çox əziyyətlər çəkmişik, vətənimiz üçün çox darıxmışıq. Həmin anı gözləyirik ki, gedək o uşaqlıq dövrümüzün keçdiyi həyətdə əlimizi açaq Allaha həmd-səna edək. İlahi, şükürlər olsun sənə bizim dövlətimizin siyasəti nəticəsində, ordumuzun gücü nəticəsində bizim doğma torpaqlarımız düşmən tapdağından azad oldu”.

Oktyabrın 17-də ölkə rəhbərinin xalqımıza müraciətində söylədiyi kimi: “Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu münasibətlə əziz füzulililəri ürəkdən təbrik edirəm. Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik... Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq”. İndi doğma Füzulimizdə zəfər bayrağımız dalğalanır! Yenidən oralar cənnətə çevriləcək. Füzuli sakini bu sevincli xəbərdən 4 misralıq şeir də yazıb.

İlahi, şükürlər, şükürlər ola,

O qaçqın adından qurtara bildik,

Doğma torpaqları öz ordumuzla

Yenidən geriyə qaytara bildik.

Məlumat üçün bildirək ki, 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Şəhidlərdən 8 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Füzuli rayonunun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə düşməndən azad edilib. Horadiz əməliyyatından sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələr salınıb, Horadizə şəhər statusu verilib, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib.

Əliyevlər ailəsinin ən böyük arzusu tezliklə doğma Füzuliyə – işğaldan azad olunmuş Qərvəndə qayıtmaqdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara və sürücülərə müraciət edib

Anqolada vəba epidemiyası bu il 110-dan çox insanın ölümünə səbəb olub

Rusiya əvvəllər məhkum olunmuş ABŞ vətəndaşını sərbəst buraxıb

Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsində liderliklə bağlı fikirlərini bölüşüb

“Qarabağ” Azərbaycan çempionatlarında XXI əsrin rekorduna imza atıb

Azərbaycan Prezidenti: Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər

Azərbaycan Universitetində “MilliSec” kibertəhlükəsizlik şirkətinin nümayəndələri ilə görüş

Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz 4 il artıq tarixə qovuşacaq

Bişkekdə Ürək Cərrahiyyəsi İnstitutunda yanğın olub, ölənlər var

BMT-nin Baş katibi: Süni intellekt geosiyasi ziddiyyətləri dərinləşdirə bilər

Beş ildə Kürdəmirdə ASANlaşan 608 min müraciət!

Prezident: İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

Bakıda badminton üzrə Avropa çempionatı start götürüb

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə konsert proqramı təqdim olunub

Polis kibercinayətkarlığa qarşı maarifləndirici tədbirlər keçirir

Misli Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 114 il ötür

Prezident İlham Əliyev: Qlobal Cənub dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir

Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan neftinin qiyməti artıb

Bu gün tanınmış şair İslam Səfərlinin doğum günüdür

Çempionlar Liqası: “Bavariya” “Seltik”in, “Milan” “Feyenoord”un qonağı olacaq

Prezident: Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq

MDU-da təhsil və idarəetmə sahələrində keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə edilib

Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb

Azərbaycan Prezidenti: Heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz beynəlxalq arenada dəstəklənir

Dövlət Su Ehtiyatları Agentliyində müşavirə keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

Prezident İlham Əliyev: Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq

Şirvanda beş evdən oğurluq edən şəxs saxlanılıb

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB

BKS-də ləngiyən astronavtların qayıdışı tezləşdirilə bilər

Televizor və ya smartfondan ifrat istifadə uşaqlarda nitqin inkişafını ləngidir - ARAŞDIRMA

Şirin dadla bağlı beyin siqnalları kəşf edilib - TƏDQİQAT

“Boeing” yanvarda 45 təyyarə istehsal edib

Fransisk: Miqrantların deportasiyası insan ləyaqətinə xələl gətirir

İsveçdə media sənayesi risklərlə üzləşib

Britaniya polad tarifləri ilə bağlı ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib

Kaliumla zənginləşdirilmiş duz təkrarlanan insult riskinin azaldılmasına ümid yaradır - TƏDQİQAT

İtaliyada mafiyanın 181 üzvü həbs olunub

Britaniyada uşaq əyləncə mərkəzinin altında 176 bomba aşkar edilib

BMT: 2024-cü ildə 1,4 milyard nəfər xaricə səfər edib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib

Danilo Della Valle: Brüsselin tərəfdaşlarla münasibətləri bərabərlik prinsipinə əsaslanmalıdır

Mavritaniya və Seneqalın dənizdə müştərək qaz quyusundan ilk LNG istehsalı başlanıb

Çempionlar Liqası: PSJ səfərdə inamlı qələbə qazanıb

Hamburqda sərnişin qatarı qəzaya uğrayıb, bir nəfər həlak olub

Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb

BƏƏ-də IDEX və NAVDEX 2025 sərgiləri keçiriləcək

Böyük Britaniya və ABŞ beynəlxalq süni intellekt bəyannaməsini imzalamaqdan imtina edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Baş katib: TDT beynəlxalq tərəfdaşlığı gücləndirməkdə qərarlıdır

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib

Miqrantlar marşrutlarında Çexiya ərazisindən az istifadə etməyə başlayıblar

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır

Liviya sahillərində gəminin batması nəticəsində 16 pakistanlının ölümü təsdiqlənib

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

Süni intellekt əsasında işləyən çat-botlar yalan məlumatlar təqdim edir

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

“5 nəfər qışın soyuğunda çovğuna düşüb, həyatını itirdi” - Fərmayıl Cəfərovun ağrı-acılı həyat hekayəsi

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub VİDEO

Portuqaliyalı futbolçu: Məqsədim “Kəpəz”in Premyer Liqada qalmasına kömək etməkdir - MÜSAHİBƏ

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

Ukraynada dinc əhali daha çox PUA-lar səbəbindən həlak olur

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

® "Coca-Cola"nın İsmayıllı zavodunda 100-dən artıq sakinin işlə təminatı planlaşdırılır

Bakıda sərgi sahəsinin peşəkarları üçün növbəti intensiv praktiki seminar təşkil olunacaq

Yüksək Texnologiyalar Parkı ilə “Simbrella” şirkəti arasında anlaşma memorandumu imzalanıb

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

İrakli Zarkua: İsveç və Danimarka marjinal qrupları maliyyələşdirən adi ölkələrdir

Əlilliyi olan 11 gənc təcrübə proqramında iştirak etmək üçün Türkiyəyə göndərilib

ADY və FHN növbəti birgə təlim keçirib

“Yeni kitablarla tanış olaq” adlı icmal keçirilib

DİM sürücülər üçün növbəti imtahan keçirəcək

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

Millinin baş məşqçisi: İnkişaf Kubokunda məqsədimiz maksimum dərəcədə uğurlu çıxış etməkdir

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

Maliyyə texnologiyaları və ödəniş sektoru üzrə ötən ilin fəaliyyət nəticələri müzakirə olunub

Naxçıvan idmançıları ötən il ölkə və beynəlxalq səviyyəli yarışlarda 201 medal qazanıblar

İtaliyada 75-ci “Sanremo” musiqi festivalı başlayır

® “AccessBank” tender elan edir

Zahid Xəlil: Təşəkkür edirəm ki, məni belə intellektual uşaqlarla görüşdürdünüz

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Qanunsuz zəbt edilmiş ərazilərdə hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib FƏRMAN

Qazaxıstanda atom energetikası, İT və PUA konstruksiyası üzrə mütəxəssislər hazırlanacaq

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında ƏSASNAMƏ

Avropa çempionatı: Azərbaycan badminton millisinin qrup oyunlarının təqvimi açıqlanıb

“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanın yeniyetmə taekvondoçusu Türkiyədəki turnirdə gümüş medal qazanıb

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı