ELM VƏ TƏHSİL


Əlizadə Əsgərli: Azərbaycan dövlət müstəqilliyini Heydər Əliyevin siyasi iradəsi sayəsində qoruya bildi

Bakı, 10 may, Ş.Abdullayeva, AZƏRTAC

Heydər Əliyev Azərbaycanın görkəmli xadimi olaraq tarixdə əbədi yaşayacaq. Onu dünya miqyasında siyasi xadim kimi qiymətləndirirlər.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli deyib.

O bildirib ki, Heydər Əliyevin yürütdüyü siyasət milli və bəşəri dəyərləri ehtiva edirdi. Ümummilli Lider hələ sovet dönəmində Azərbaycanın siyasi, iqtisadi, mədəni yüksəlişinə nail olub. Təsadüfi deyil ki, respublikamız o dövrdə hər il keçici qırmızı bayraqlar alırdı. Heydər Əliyev fəaliyyətində cəsarəti, müdrikliyi, ağlı, fərasəti, işgüzarlığı, təcrübəni sintez edərək uğurlu addımlar atırdı.

“Ulu Öndər Heydər Əliyev siyasi iradə sahibi idi. Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu müstəqilliyi Heydər Əliyevin siyasi iradəsi sayəsində qoruya bildi. Onun siyasi biliyi, bacarığı və təcrübəsi nəticəsində Azərbaycan dünyada tanındı. Biz xoşbəxt xalqıq ki, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev layiqincə davam etdirir. Müasir müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Azərbaycan dövləti var olduqca, Azərbaycan xalqı yaşadıqca Heydər Əliyev unudulmayacaq, əbədi yaşayacaq”, - deyə Əlizadə Əsgərli bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.