DÜNYA


Alkoqol satışına lisenziyanın ləğv edilməsi formasında cərimə tədbiri

Berlin, 11 avqust, AZƏRTAC

Almaniyanın hakimiyyət orqanları koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirlərinə riayət edilməyən ictimai iaşə obyektlərini cəzalandırmağın çox maraqlı bir formasını tapıblar.

AZƏRTAC Berlinin səhiyyə məsələləri üzrə senatoru Dilək Qalayçıya istinadla xəbər verir ki, əgər polis və ictimai asayiş xidməti AFR-in bir sıra şəhərlərində, ilk növbədə paytaxtda fəaliyyət göstərən pivəxana və barlarda COVID-19-a qarşı mübarizə tədbirlərinə riayət edilməsinin yoxlanılması zamanı “həmin restoranlarda qaydalara riayət olunmadığı aşkar edilərsə”, bu obyektlərin alkoqol satışına icazəsi ləğv edilə bilər.

Kontaktlar izlənilməsə, yoluxma zənciri qırılmasa, bu, böyük problemə çevrilə bilər. Ona görə də bəzən belə gözlənilməz tədbirlərə əl atmaq lazım gəlir.

Dilək Qalayçı yerli KİV-lərə müsahibəsində deyib: “Əgər restoranların və pivəxanaların açıq qalmasını istəyirsinizsə, sosial distansiya qaydalarına və reqlament tələblərinə riayət etməlisiniz. Bundan əlavə, alkoqoldan istifadə edən insanlar özlərini həddən artıq sərbəst aparır, hay-küy salır, distansiyaya riayət etməkdə çətinlik çəkirlər”.

Bremen senatı koronavirusa qarşı tədbirlərin gecə vaxtı daim pozulması səbəbindən gecə saatlarında alkoqol satışını qadağan edib. Ştutqart və Frankfurt-Mayn şəhərlərinin hakimiyyət orqanları da bu nümunədən istifadə etməyə hazırlaşırlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.