Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Alla Bayramova: Musiqi Mədəniyyəti Dövlət Muzeyinə yarım əsr ərzində 55 mindən çox eksponat toplanılıb

Alla Bayramova: Musiqi Mədəniyyəti Dövlət Muzeyinə yarım əsr ərzində 55 mindən çox eksponat toplanılıb

Bakı, 4 oktyabr, Ceyhun Alışlı, Flora Şükürova, AZƏRTAC

Muzeylər bəşər tarixinin müəyyən məqamını özündə yaşadaraq onun maddi-mənəvi xəzinəsinə sahib çıxmaqla əsrlərdən-əsrlərə körpü olan tarixi məkandır. Muzeylər qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri hesab edilsə də, eyni zamanda, elm, maarif müəssisəsi kimi də fəaliyyət göstərir. Ölkəmizdə mövcud olan 180-dək muzeyin hər biri əslində zəngin yaradıcılıq məkanıdır. Çoxsaylı tarixi eksponatların saxlanc yeri kimi tanınan bu müqəddəs məkanlar, o cümlədən neçə-neçə elmi araşdırmaların, tədqiqat işlərinin canlı şahididir. Bu günlərdə yaranmasının 50 illiyini qeyd edən Musiqi Mədəniyyəti Dövlət Muzeyi də belə məkanlardandır. Bu tarixi sənət ocağının yarıməsrlik fəaliyyəti ilə yaxından tanış olmaq üçün muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova ilə həmsöhbət olduq. AZƏRTAC müsahibəni təqdim edir:

-Alla xanım, əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yarıməsrlik fəaliyyətində aparılan əsas məqsədyönlü işlərə nəzər salaq.

-Bildiyiniz kimi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci il martın 13-də yaradılıb. Əlbəttə ki, muzey yarıməsrlik fəaliyyətində səmərəli işlərlə məşğul olmaqla yanaşı, musiqi mədəniyyəti tarixinə aid materialların aşkar edilməsi, toplanması, muzey kolleksiyalarının zənginləşdirilməsi, qorunması, öyrənilməsi və təbliği üzrə həm Azərbaycanda, həm də xaricdə böyük işlər görüb. Bu ənənə bu gün də uğurla davam etdirilir. Bu məqsədlə muzey xarici ölkə arxivlərində elmi araşdırmalara cəlb edilib. Bunun üçün Azərbaycan musiqi tarixinə aid bütün qiymətli eksponatlar müvafiq olaraq xarici ölkələrdən muzeyə gətirilir. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli nümunələridir. Qeyd edilən istiqamətdə bütün qüvvəmizi səfərbər etmişik. Son illərdə muzeydə çoxsaylı işlər görülüb, bu yöndə işimizi davam etdiririk. Hazırda muzeyimizin nəzdində 15 musiqiçini özündə birləşdirən Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Bu ansambl nəinki ölkəmizdə, həm də tez-tez xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. Qədim Musiqi Alətləri Ansamblının hər bir çıxışı maraqla qarşılanır.

-Hazırda muzeydə nə qədər eksponat yer alır?

- Muzeyin yarıməsrlik fəaliyyəti dövründə ümumilikdə 55 mindən çox eksponat toplanıb. Bu eksponatlar içərisində milli musiqi alətləri ilə yanaşı, dünya xalqlarının musiqi alətləri, not əlyazmaları, fotoşəkillər, təsviri sənət nümunələri və çox nadir səs yazıları var. Muzeydə 277 ədəd musiqi aləti qorunub saxlanılır. Bunların 208-i milli, 69-u isə qeyri-milli alətdir. Bundan başqa, muzeydə Keçəçioğlu Məhəmmədin və Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhrəm Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun və Ramiz Quliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Aşıq Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazları və Qılman Salahovun kamançası saxlanılır. Sevindirici haldır ki, bu gün muzeyimizin tərkibində üç muzey filialı da fəaliyyət göstərir. Bunlar Xalq Çalğı Alətləri Daimi Sərgi Muzeyi, Niyazinin mənzil muzeyi, Vaqif Mustafazadənin ev muzeyidir. Bu muzeylərin hər birində ayrı-ayrılıqda mövcud olan eksponatlar da bir növ Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları sırasında qərarlaşır. Gələcəkdə muzeyin nəzdində fəaliyyət göstərəcək Qara Qarayevin ev muzeyi isə hazırlıq mərhələsindədir.

-Bu gün muzeyinizin beynəlxalq qurumlarla əməkdaşlığı hansı səviyyədədir?

-Əvvəlcə onu deyim ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyi respublikamızda və beynəlxalq arenada reallaşan elmi seminarlarda və festivallarda fəal iştirak edir. Biz 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və TÜRKSOY-un təşkilatçılığı ilə “Türk xalqlarının musiqi alətləri” beynəlxalq elmi simpoziumunu gerçəkləşdirdik. Bu, Azərbaycanda ilk dəfə olaraq musiqidə türk birliyi haqqında beynəlxalq forum kimi tarixə düşdü. Bundan başqa, biz bir sıra beynəlxalq komitə və assosiasiyalarla əməkdaşlıq edirik. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1994-cü ildən Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür. Muzeyin direktoru olaraq bir sıra beynəlxalq komitələrdə ölkəmizi təmsil edirəm. Diqqətinizə çatdırım ki, 2010-cu ildən Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasıyasının Beynəlxalq Komitəsinin həmtəsisçisi və üzvü olmaqla yanaşı, Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının (WMA) ölkəmizdən yeganə üzvü seçilmişəm. Bundan başqa, Musiqi Alətləri Muzeyləri və Kolleksiyaları Beynəlxalq Komitəsinin (СIMCIM) idarə heyətinin və Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin (ICLM) idarə heyətinin üzvüyəm. Muzeyimiz 2012-ci ildən “İntermuzey” Beynəlxalq Festivalında iştirak edir. Biz bu yöndə bütün lazımi əlaqələrimizi qurmuşuq. Musiqi Mədəniyyəti Dövlət Muzeyi istər yerli, istərsə də beynəlxalq tədbirlərdə fəal iştirak edir. Bundan sonra da bu istiqamətdəki fəaliyyətimizi genişləndirməyi düşünürük.

-Muzey təbliğat kampaniyasını hansı şəkildə aparır?

-2008-ci ildən muzeyimizin nəzdində Klassik Musiqi Həvəskarları Klubu fəaliyyətə başlayıb. Klubun əsas məqsədlərindən biri iştirakçıları klassik musiqi sahəsində maarifləndirməkdir. Klubun konsertlərində iştirak edən qonaqlar nəticədə muzeyin imkanları ilə də yaxından tanış ola bilirlər. Fəaliyyət göstərdiyi dövrdən bu günə kimi klub 110 tədbir reallaşdırıb. Eyni zamanda, muzeyimiz təbliğat kampaniyası üçün kütləvi informasiya vasitələri ilə əməkdaşlığa geniş diqqət ayırır. Bundan başqa, muzeyin www. musicmuseum.az vebsaytı və “Facebook” ünvanı üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərir. Həmçinin, muzeydə gerçəkləşən tədbirlər haqqında xəbərlər, elanlar mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) yerləşdirilir.

-Muzeydəki eksponatların tədqiqi üçün hansı işlər görülür?

-Əlbəttə ki, hər zaman eksponatların tədqiqi və təbliği məsələsi prioritetdir. Bu gün də muzeyin kolleksiyalarını tədqiq və təbliğ etmək məqsədilə çoxsaylı elmi işlər aparılır, bəstəkarlarımızın naməlum əsərləri aşkar edilərək tədqiq edilir. Bu yöndə yeni nəşrlər, kitablar və elmi monoqrafiyalar çap edilir. Qeyd edilən nəşrlər Azərbaycan, rus və ingilis dillərində çap olunaraq lazımi yerlərə göndərilir. Bu nəşrlərdən olan “Azərbaycan musiqi mədəniyyəti simalarda”, “Azərbaycan musiqi alətləri”, “Qadınlar Azərbaycanın musiqi həyatında”, xalq çalğı alətləri orkestri üçün “Ləzgi rəqsi” partiturası, “Niyazinin piano üçün pyesləri”, “Azərbaycan bəstəkarlarının piano üçün əsərləri”, Heydər Əliyev Fondunun dəstəyi ilə çap edilən “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında”, “Поэмы Низами Гянджеви в констексте взаимоотражения искусств” kitablarını misal göstərmək olar. Bundan başqa, UNESCO-nun dəstəyi ilə nəşr edilən “Keçmişin unudulmuş səsləri”, “American Voices”in dəstəyi ilə ərsəyə gələn “Jazz-Mugham Bridges” diskləri və “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin tapıntıları” kompakt diski bu qəbildəndir. Muzeyimiz, eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan muğamları” layihəsi çərçivəsində ərsəyə gələn “Qarabağ xanəndələri” adlı musiqi albomunun hazırlanmasında iştirak edib.

-Muzeyin 50 illiyi hansı əlamətdar hadisələrlə yadda qaldı?

-Ümumiyyətlə, Musiqi Mədəniyyəti Dövlət Muzeyi digər muzeylər və sənət ocaqları kimi dövlətin qayğısı ilə əhatələnib.

Bu gün muzey əməkdaşlarından 7 nəfərin fəxri adı, 3 nəfərin isə elmi dərəcəsi var. Əlbəttə ki, fəaliyyətimizin bütün istiqamətlərində ölkə rəhbərliyinin qayğısını hiss edirik. Muzeyimizin 50 illiyi ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mən “Tərəqqi” medalı ilə, iki nəfər əməkdaşımız isə “Əməkdar Artist” fəxri adı ilə təltif edildi. Bu, Prezidentimizin bütövlükdə Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu, bütün kollektivimiz üçün ən əlamətdar hadisədir. Çalışırıq ölkə rəhbərliyinin bizə göstərdiyi etimadı layiqli şəkildə doğruldaq. İnanıram ki, muzeyimizin fəaliyyət dairəsi daha da genişlənəcək, qarşımızda qoyulan bütün tapşırıqların icrasına məsuliyyətlə yanaşacağıq.

-Müsahibə üçün sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib