“Allahın əli” dramı Venesiya Kinofestivalının tənqidçilər reytinqində liderliyini saxlayır
AzerTAg.az

Bakı, 7 sentyabr, AZƏRTAC
İtaliyalı rejissor Paolo Sorrentinonun “Allahın əli” dramı Venesiya Kinofestivalının tənqidçilər reytinqində liderliyini saxlayır.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın “Ciak” nəşri məlumat yayıb.
İtaliyanın Lido adasında keçirilən Beynəlxalq Venesiya Kinofestivalı sentyabrın 11-dək davam edəcək. Müsabiqənin əsas proqramına 21 film daxil edilib. Kinotənqidçilər altı gün ərzində 11 filmə baxıblar. Onlar ən yaxşı qiyməti Paolo Sorrentinonun gəncliyində baş verən faciəvi hadisədən bəhs edən “Allahın əli” filinə veriblər. Ekran əsəri hazırda 3.9 bal qazanıb.
Siyahıda ikinci yeri ilk dəfə ana olmağa hazırlaşan iki qadın haqqında Pedro Almodovarın ekranlaşdırdığı “Paralel analar” filmi və Pol Şrederin “Kart oyunçusu” filmi tutub. Hər iki film 3.5 bal dəyərində qiymətləndirilib.
Onore de Balzakın əsəri əsasında italiyalı rejissor Ksave Cannolinin çəkdiyi “İtirilmiş illüziyalar” filmi reytinq cədvəlində üçüncü yeri tutub. Benjamen Vuazen, Sesil de Frans, Ksave Dolanın rol aldığı ekran əsərinə tənqidçilər 3.4 bal dəyərində qiymət verib.
Xəbərin mətnində orfoqrafik səhv var