CƏMİYYƏT


Allergik rinitin yaranma səbəbi nədir?

Bakı, 21 mart, AZƏRTAC

Allergik rinit infeksiya ilə əlaqəli olmayan burunun nazal membranının iltihabıdır.

AZƏRTAC Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının saytına istinadla xəbər verir ki, bu problemə allergiyaya meyilli insanlarda xüsusilə daha çox rast gəlinir. Bu, əksər hallarda ömürboyu davam edən, yaşlanma ilə birlikdə şiddəti zəifləyən xəstəlikdir. Xəstəlik yaz aylarında, ağacların tozlandığı dövrdə daha da şiddətlənir.

Allergik rinit genetik olaraq ötürülən xəstəliklər arasında ön sıradadır. İnkişaf etmiş ölkələrdə əhalinin təxminən 10-20 faizində bu problem mövcuddur. Son 15 ildə bu xəstəliyə daha çox rast gəlinir. Təxminən 10 yaş allergik rinitin başlanğıcına ən çox rast gəlinən dövrdür. Xəstəlik 80 faiz hallarda 20 yaşından əvvəl başlayır, ortaya çıxdıqdan sonra isə uzun illər davam edir.

Allergik rinit həyati təhlükəli xəstəlik deyil, lakin insanların həyat səviyyəsinə əhəmiyyətli şəkildə təsir edən problemdir. Bu səbəbdən də allergik rinitin diaqnozu və müalicəsi çox vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.