SİYASƏT
Əlli illik yubileyini qeyd edən TRT Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görmüşdür
İstanbul, 1 may (AZƏRTAC). Türkiyə Radio və Televiziya Şirkəti (TRT) əlli illik yubileyini qeyd edir.
Bu münasibətlə şirkət kollektivinin ünvanına müxtəlif ölkələrdən, o cümlədən ölkə rəhbərliyindən təbrik məktubları daxil olmuşdur.
Yubiley tədbirləri ilə əlaqədar TRT-nin efirindən müxtəlif dillərdə şirkətin inkişaf yolunu əks etdirən reportajlar yayımlanır.
TRT Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görmüşdür. Azərbaycan Respublikasının müstəqilliyinə, ictimai-siyasi həyatına aid məsələlər, ölkənin sosial-iqtisadi inkişafı, dövlətin qüdrətinin artması, ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsi, mədəniyyət nümunələrimizin təbliğatı və s. daim TRT-nin efirində və internet resurslarına müraciət olunan aktual mövzular sırasındadır.
TTR təkcə cari ilin aprel ayında iki mühüm beynəlxalq əhəmiyyətli siyasi hadisə - Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitində çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabı və aprelin 28-də Bakıda keçirilmiş İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu barədə türk, rus, ingilis və ərəb dillərində müxtəlif məzmunlu məlumatlar yaymışdır.
Təcavüzkar Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir qisminin işğalda saxlanılması, qaçqın və məcburi köçkünlərin vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan dövlətinin sülhməramlı səyləri, Xocalı soyqırımı və digər mühüm məsələlər də daim TRT tərəfindən diqqət mərkəzində saxlanılır.
Bu materiallarla aşağıdakı linklərdə tanış olmaq mümkündür: http://www.trtrussian.com/trtworld/ru/newsDetail.aspx?HaberKodu=794f71f0-58f1-4dbd-a820-1e389c583e24; http://www.trtturk.com/haber/aliyevden-erdogana-destek.html; http://www.trthaber.com/haber/dunya/aliyevden-erdoganin-aciklamalarina-destek-125213.html; http://www.trthaber.com/haber/dunya/ilham-aliyev-yeniden-aday-oldu-97982.html; ; http://www.trthaber.com/haber/gundem/basbakan-erdogan-azerbaycana-gidiyor-122984.html və s.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul