Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Alman-Azərbaycan Xarici Ticarət Palatası İdarə Heyətinin sədri Falko Haydrixdən və palatanın icraçı direktoru Tobias Baumanndan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Alman-Azərbaycan Xarici Ticarət Palatası adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan Cənubi Qafqaz regionunda Almaniyanın enerji və ticarət sahələrində ən mühüm tərəfdaşıdır. Almaniya şirkətləri xarici münasibətlərdə sabitliyi, strateji uzaqgörənliyi və etibarlılığı yüksək qiymətləndirirlər. Almaniya Ticarət Palatası və ona üzv şirkətlər Sizin hökumətin islahatlar siyasətini dəstəkləyir və bu yanaşmaların tətbiqi üçün öz davamlı töhfələrini təklif edir.

Bu xoş fürsətdən istifadə edərək, bu il fevralın 13-də alman şirkətlərinin nümayəndələrini qəbul etdiyinizə görə Sizə minnətdarlığımızı bildirmək istərdik. Əminik ki, bu görüşün yaratdığı stimul Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında gələcək əməkdaşlığımız üçün möhkəm əsas olacaq.

Prezidentliyinizin yeni dönəmində Zati-alinizə və dövlətinizə uğurlar arzu edirik.

Hörmətlə,

 

Falko Haydrix

Alman-Azərbaycan Xarici Ticarət Palatası İdarə Heyətinin sədri,

Tobias Baumann

Palatanın icraçı direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin