CƏMİYYƏT


Alman faşistləri tərəfindən yandırılan tarixi məkan-AZƏRTAC-ın xüsusi reportajı VİDEO

Poltava, 2 dekabr, AZƏRTAC

Poltava Diyarşünaslıq Muzeyi, 1898-1892-ci illərdə Poltava vilayətinin torpaqları üzərində tədqiqat aparan məşhur Peterburq alimi, torpaqşünaslıq professoru Vasili Kriçevskinin təşəbbüsü ilə 1891-ci ildə qurulub. Hazırda bu muzey onun adını daşıyır.

AZƏRTAC xəbər verir ki, muzeyin ilk eksponatları Poltava quberniyası ərazisində toplanan 4000-dən çox torpaq nümunəsi və 500-dən çox eksponatdan ibarət geoloji kolleksiya idi. O dövrlərdə həm məşhur insanlar, həm də Poltava bölgəsinin sadə sakinləri yerli tarix muzeyinin fondlarına eksponatlar bağışlayırdılar. Xüsusilə Poltava sakini, çar ordusunun polkovniki Pavel Bobrovski Yaxın Şərq, Asiya və Afrika ölkələrinə səyahətləri zamanı topladığı eksponatları muzeyə hədiyyə edib.

Bina Poltava bölgəsində Ukrayna memarlıq üslubunun ilk nümunəsidir.

Böyük Vətən müharibəsi illərində əksər eksponatlar talan edilib, muzeyin binası yandırılıb. Müharibədən sonra 118 min eksponatdan yalnız 37 mini qaldı. 1950-ci illərdə bina yenidən memarlar P.Kostrik, V.Kraçmer, N.Kvitka və başqalarının layihələrinə əsasən inşa edilib.

Ümumilikdə muzeyin 300.000-dən çox eksponatı var.

AZƏRTAC dəyərli oxucularına muzeydən foto və videomaterialı təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.