SİYASƏT


Alman professoru: Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır

Bakı, 21 oktyabr, AZƏRTAC

“Nex24.news” xəbər portalında Almaniyanın Potsdam Universitetinin professoru Vilfrid Furmanın müəllifi olduğu “Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır” başlıqlı məqalə (https://nex24.news/2020/10/kommentar-armenien-besetzt-gebiete-in-aserbaidschan-voelkerrechtswidrig/) dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin tarixçəsindən bəhs olunur. Eyni zamanda, məqalədə bildirilir ki, 1994-cü ildəki atəşkəsdən etibarən, Azərbaycan Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal edilmiş ərazilərini geriyə qaytarmaq üçün səy göstərib. Atəşkəsdən sonra təxminən 1 milyon azərbaycanlı məcburi köçkün olub, onların çoxu fiziki və psixoloji zərbə alıblar. ATƏT-in Minsk qrupu və həmsədrlər tərəfindən həllin tapılması cəhdləri nəticəsiz olub. Ermənistan prezidenti və müdafiə naziri tərəfindən 2019-cu ilin mart ayından etibarən “yeni ərazilər üçün yeni müharibə” şüarı səsləndirilib və sülh məqsədilə ərazilərin geri qaytarılması təşəbbüsü rədd edilib. Cari ilin iyul ayında Tovuz rayonunun atəşə tutulması yeni ərazilərin zəbt edilməsinin reallaşdırılmasında başlanğıc olub. Buna baxmayaraq, Azərbaycan beynəlxalq sərhədlərə hörmət edib və onu pozmayıb. Belə ki, bunun baş verəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Ermənistan Rusiyanı münaqişəyə cəlb edə bilərdi. Lakin bu, işğal olunmuş Azərbaycan ərazilərinə və beynəlxalq səviyyədə tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası”na şamil olunmur. Müharibə çərçivəsində Gəncə şəhəri artilleriya atəşinə tutulub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə ilkin olaraq ətraf rayonları azad etmək niyyətindədir.

Digər məsələ ermənilərin 1986-cı ildə olduğu kimi, mümkün terror fəaliyyətinə başlamaları və Fransanın açıq şəkildə Ermənistanı dəstəkləməsi ilə bağlı olacaq. Fransa Ermənistanı dəstəkləyəcəyi təqdirdə NATO daxilində parçalanma ola bilər. Çünki Türkiyə Azərbaycanın tərəfindədir. Ehtimal ki, Ermənistan “Dağlıq Qarabağ respublikası”nı könüllülərlə və müntəzəm ordu ilə dəstəkləyir. Ermənistan illər boyunca yoxsullaşıb və sakinlərinin sayı azalıb. İmkan düşən kimi, erməni gənclərin çoxu xaricdə qalır. Həmin erməni gənclər “Dağlıq Qarabağ respublikası”nı, xüsusən də yerli elitanı saxta hesab edir və onların naminə ölmək istəmirlər. Bir çox xəbər agentliklərinin qəsdən qeyd etməsinə baxmayaraq, hazırkı müharibə dini səciyyə daşımır. Azərbaycan ölkədə hökm sürən və müşahidə oluna bilən dini tolerantlıqla fəxr edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.