İQTİSADİYYAT


Alman sahibkarlara Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib

Bakı, 23 noyabr, AZƏRTAC

Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Səfər çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) nazir müavini Rəhman Hümmətovun başçılıq etdiyi nümayəndə heyəti ilə alman sahibkarları arasında görüş keçirilib.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, alman nümayəndə heyətinin tərkibində nəqliyyat, logistika, konsaltinq və tikinti sahəsində fəaliyyət göstərən şirkətlər təmsil olunub.

Görüş zamanı alman şirkətləri layihələrini təqdim edib, təkliflərini səsləndiriblər.

Yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanların müəyyən edilməsi istiqamətində müzakirələr aparılıb.

Görüşdə nazir müavini Rəhman Hümmətov çıxış edərək Almaniya – Azərbaycan arasındakı müvafiq sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir müavini işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib və alman şirkətlərini maraqlandıran məsələlər ətraflı müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.