SİYASƏT


Alman siyasətçi Azərbaycanın Kəlbəcər rayonunda mülki vətəndaşların həlak olması ilə əlaqədar başsağlığı verib

Berlin, 8 iyun, AZƏRTAC

AFR federal hökuməti nəzdində insan haqları və humanitar dəstək məsələləri üzrə komissar, Almaniya Bundestaqının üzvü Berbel Kofler Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin və bələdiyyə üzvünün həlak olmaları ilə əlaqədar özünün tvitter mikrobloqunda şərh yazıb.

AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “Mina partlaması nəticəsində iki jurnalistin – Məhərrəm İbrahimovun (Əlioğlu) və Sirac Abışovun ölümü dəhşətli xəbərdir! Həlak olanların yaxınlarına başsağlığı verirəm. Ümidvaram ki, vəziyyətə aydınlıq gətiriləcək. Regionun hərtərəfli sülhə ehtiyacı var”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.