Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Siz bu gün yaşadığım Almaniyada, eləcə də mütəmadi səfərlərdə olduğum Avropa ölkələrində istər siyasi müstəvidə, istərsə də qeyri-siyasi sferada xüsusi sevgi, hörmət və rəğbət bəslənən bir Lidersiniz. Bunun hər dəfə canlı şahidi olmaq ürəyi daim Vətənlə döyünən biri kimi mənim üçün xüsusi qürurvericidir. Bu sevgini və hörməti Siz özünüz qazanmısınız.

Dövlətçilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərin yetişməsində göstərdiyiniz xüsusi diqqət və nümunəvi mövqeyiniz məndə və digər gənc dostlarımızda hər zaman böyük ruh yüksəkliyi yaradıb.

Siz həm də biz gənclərə atanın və onun vəsiyyətinin müqəddəsliyi dərsini nümayiş etdirdiniz. O ata vəsiyyəti ki, məhz ona əməl edilməsi nəticəsində doğma Vətənimiz bütövləşdi və biz dünyada yenidən milli kimliyimizi qazandıq.

Azərbaycanımızı dünyada qalib ölkəyə, söz və nüfuz sahibinə çevirdiyinizə görə Sizə təşəkkür edirəm.

Sizi həm öz adımdan, həm də hər zaman diqqətinizi görən ailəmiz adından bir daha təbrik edirəm.

Hörmətlə,

 

Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,

Köln Universiteti Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri,

tibb elmləri doktoru, dosent

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin