İQTİSADİYYAT


Almaniya Azərbaycanda külək və günəş elektrik stansiyalarının inkişafı üçün 130 milyon avro ayırıb

Bakı, 19 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Almaniyanın KfW Bankı tərəfindən Azərbaycanda külək və günəş elektrik stansiyalarının inkişafı üçün vəsait ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov deyib.

“Bununla bağlı texniki iqtisadi əsaslandırma sənədlərinin hazırlanması artıq yekunlaşıb. Almaniya hökuməti tərəfindən hazırda bunun üçün 130 milyon avro vəsait ayrılıb. Lakin bu vəsaitin istifadəsi, onun hesabına layihələrin həyata keçirilməsi isə xüsusi şərtlər və tariflər tələb edir. Bu şərtlər Azərbaycan tərəfindən ödənildiyi təqdirdə həmin vəsait ayrıla bilər. Əgər Azərbaycan hökumətinin də bundan istifadə etmək niyyəti və ehtiyacı yaransa qeyd edilən vəsait ayrılacaq”, - deyə o əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.