DÜNYA


Almaniya Bosniya və Herseqovinadakı sülhməramlıların sayını artıra bilər

Almaniya Bosniya və Herseqovinadakı sülhməramlıların sayını artıra bilər

Sarayevo, 7 aprel, AZƏRTAC

Almaniya oktyabr ayında Bosniya və Herseqovinada keçiriləcək seçkilərdən əvvəl Avropa İttifaqının (Aİ) bu ölkədəki sülhməramlı missiyasını (EUFOR) gücləndirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu təklifin Almaniyanın xarici işlər naziri Annalena Beerbok tərəfindən hökumətin koalisiya tərəfdaşlarına təqdim edildiyi bildirilir. Almaniya bu yolla Bosniya və Herseqovinadakı siyasi gərginliyi azaltmağı və separatçılıq meyillərinin qarşısını almağı hədəfləyir. EUFOR-da xidmətə göndəriləcək alman əsgərlərinin sayı 100-ə yaxın olacaq.

Qeyd edək ki, Aİ bir müddət əvvəl EUFOR-u 500-dək əsgər və çoxlu sayda zirehli texnika ilə gücləndirərək sülhməramlı missiyadakı əsgərlərin sayını təxminən iki dəfə artırmışdı.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.