Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka
AzerTAg.az
Hörmətli cənab Prezident,
Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Almaniya münasibətləri hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi birləşdirən dostluq əlaqələri siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.
İnanıram ki, ikitərəfli qaydada əməkdaşlığımızı, eləcə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birgə işimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 sentyabr 2013-cü il.
Xəbərin mətnində orfoqrafik səhv var