İDMAN


Almaniya Futbol Federasiyasında vergidən yayınma ilə bağlı yoxlama keçirilir

Bakı, 14 oktyabr, AZƏRTAC

Ölkə mətbuatının yaydığı məlumata görə, Almaniya Futbol Federasiyasının (DFB) Frankfurt şəhərindəki mərkəzində və federasiyanın bəzi məsul şəxslərinin evlərində vergi qaçaqlığı ittihamı ilə axtarışlar aparılmağa başlanılıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Hessen, Bavyera, Şimali Ren Vestfaliya, Aşağı Saksoniya və Reynland-Pfalz əyalətlərində aparılan yoxlamalarda polis və vergi məmurlarından ibarət 200 nəfərlik qrup fəaliyyət göstərir.

İddiaların 2014-2015-ci illərdə Almaniya milli futbol komandasının ölkədə oynadığı oyunlar zamanı meydanların kənarındakı lövhələrdə nümayiş etdirilən reklamlarla bağlı olduğu bildirilir. Artıq bu məsələ ilə əlaqədar hazırda iş başında olan 6, eləcə də bir nəfər keçmiş yüksək vəzifəli şəxsə qarşı təhqiqat başlanıb.

Bu şəxslər lövhələrdə göstərilən reklamlardan əldə edilən gəlirləri qəsdən səhv bəyan etməklə başqa istiqamətə yönəltməkdə ittiham edilirlər. Belə ki, bu yolla 4,7 milyon avro vəsait vergidən yayındırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.