DÜNYA


Almaniya Kansleri Angela Merkelin təyyarəsi təcili eniş edib

Bakı, 30 noyabr, AZƏRTAC

Argentinada keçirilən G20 Sammitində iştirak etmək üçün bu ölkəyə yola düşən Almaniya Kansleri Angela Merkelin olduğu təyyarə texniki problemlə əlaqədar Köln şəhərinə təcili eniş edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, təyyarədə Almaniya Kansleri ilə yanaşı, maliyyə naziri Olaf Şolts da olub.

Təyyarənin təcili eniş etməsi ilə əlaqədar hava limanında ciddi təhlükəsizlik tədbirləri görülüb, yanğınsöndürmə briqadaları hazır vəziyyətə gətirilib.

Bakı vaxtı ilə saat 22:00-da Berlindən havaya qalxan təyyarədə texniki problem Hollandiyanın hava məkanında olarkən baş verib. Almaniya Kansleri jurnalistlərlə söhbət etdiyi vaxt ona texniki problem barədə məlumat verilib.

Yayılan məlumatlarda Angela Merkelin və başçılıq etdiyi nümayəndə heyətinin başqa bir təyyarə ilə Argentinaya yola düşəcəyi, lakin Sammitə gecikə biləcəyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.