DÜNYA


Almaniya Müdafiə Nazirliyinin başçısının istefa verəcəyi gözlənilir

Almaniya Müdafiə Nazirliyinin başçısının istefa verəcəyi gözlənilir

Berlin, 14 yanvar, AZƏRTAC

Almaniya müdafiə naziri Kristina Lambrext yaxın vaxtlarda öz arzusu ilə istefa verə bilər.

AZƏRTAC xəbər verir ki, hazırda bu məsələ Almaniya mətbuatında fəal müzakirə edilir. İndi hökumətdə onu hansı namizədin əvəz edəcəyi barədə düşünürlər.

Kristina Lambrextin adı ilə bağlı qalmaqallar çox olub. Bu səbəbdən alman cəmiyyətində onun reytinqi çox aşağıdır. Rəy sorğuları göstərir ki, ölkə vətəndaşlarının 60 faizi onun istefasına şad olar. Nazir Yeni il gecəsində yazdırdığı təbrik videomüraciətində Ukraynada gedən müharibəni xatırladıb, lakin bu müraciət atəşfəşanlıq tədbirləri fonunda yazıldığı üçün Lambrext qışqıra-qışqıra danışmalı olub. Tənqidçilərin fikrincə, çox uğursuz alınmış bu videomüraciət Bundesverin nüfuzuna xələl gətirir. Nazirin oğlunun hərbi helikopterdə çəkilmiş fotoşəklinin dərc edilməsi də çoxlu söz-söhbətə səbəb olub.

Xatırladaq ki, Lambrext federal müdafiə naziri vəzifəsinə təyin edilənə qədər Angela Merkelin sonuncu nazirlər kabinetində ədliyyə naziri olub, 2021-ci ildən isə paralel olaraq ailə, qadın və gənclər məsələlərinə baxan nazir vəzifəsini icra edirdi.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.