DÜNYA


Almaniya Rusiyadan neft idxalını ilin sonunadək dayandıracaq

Bakı, 16 may, AZƏRTAC

Avropa İttifaqının növbəti sanksiyalar paketi çərçivəsində ümumi embarqo barədə razılığa gəlib-gəlməməsindən asılı olmayaraq, Almaniya ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə AFR hökumətindəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, artıq Rusiya neftini əvəz etmək üçün alternativ təchizatçılar axtarılır. Olaf Şolts administrasiyası yaxın aylar ərzində logistika problemlərini həll etməyə çalışır. Həmçinin Almaniya hökuməti Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində öz milli planını işə salmaq niyyətində olsa da, kəsirin hansı ölkələr hesabına bağlanacağı barədə vahid fikrə malik deyil. Bu səbəbdən Olaf Şoltsun mayın 19-da Niderlandın Baş naziri Mark Rütte ilə görüşündə və mayın 20-də Berlində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə danışıqlarında əsas mövzunun neft sanksiyaları və enerji təhlükəsizliyi olacağı gözlənilir.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri, həmçinin bir sıra kompaniyalar bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib və embarqonun əhatə dairəsi getdikcə genişlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.