DÜNYA
Almaniya Suriya və İraqa 100 milyon avro vəsait ayıracaq
Berlin, 18 oktyabr, AZƏRTAC
Almaniya hökuməti ilin sonunadək Suriya və İraqın bərpası məqsədilə 100 milyon avro vəsait ayıracaq. Bu vəsait “İslam dövləti” terrorçu təşkilatından geri alınmış əyalətlərin bərpasına sərf olunacaq.
AZƏRTAC Almaniya hökumətinin məlumatına istinadla xəbər verir ki, ayrılan məbləğin 90 milyon avrosu İraqa, 10 milyonu isə Dəməşqin nəzarəti altında olmayan Suriyanın Raqqa və Deyr-əz-Zor əyalətlərinə göndəriləcək.
Hökumətin məlumatında vurğulanır ki, bu pulların köməyi ilə zərərçəkmiş bölgələrdə əsas infrastrukturun, xüsusən su təchizatı və kanalizasiya sisteminin, yol və körpülərin bərpası nəzərdə tutulur. Əsas kommunikasiyaların fəaliyyəti isə uzunmüddətli perspektivdə şəhərlərin bərpası üçün zəmin yaradacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]