DÜNYA
Almaniya Ukraynaya 30 ədəd Gepard zenit qurğusu verib
Bakı, 19 noyabr, AZƏRTAC
Berlin vəd etdiyi 30 ədəd Gepard özüyeriyən zenit qurğusunun hamısını Kiyevə çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şənbə günü Almaniyanın Ukraynadakı səfirliyi məlumat yayıb.
“Müharibə başlayandan bəri Almaniya Ukraynaya 30 ıdıd Gepard tədarük edib. Gepard Ukraynanın mühüm infrastrukturunu qorumaq üçün istifadə olunur”, - diplomatik missiyanın tviterdə dərc olunmuş məlumatında belə deyilir.
Almaniya Ukraynaya ilk üç ədəd Gepards qurğusunu avqustun əvvəlində göndərmişdi. Daha sonra Ukraynanın “Cənub” operativ komandanlığı bildirmişdi ki, ümumilikdə Kiyev 30 ədəd belə texnikanın təhvil verilməsini gözləyir.
Gepard 100 metrdən 4 kilometrə qədər məsafədə 3 kilometrədək hündürlükdəki hədəfləri vura bilən zenit qurğusudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2024 [23:29]
Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz
- 17.04.2024 [22:41]
ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur
- 17.04.2024 [22:21]
Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb
- 17.04.2024 [20:21]
Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək
- 17.04.2024 [18:33]
Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir
- 17.04.2024 [17:51]
Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb
- 17.04.2024 [17:41]
Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır
- 17.04.2024 [17:21]