DÜNYA


Almaniya elektrik enerjisi tariflərini azaldır

Berlin, 16 sentyabr, AZƏRTAC

Almaniya Federativ Respublikasında (AFR) bərpaolunan mənbələr vasitəsilə istehsal olunan elektrik enerjisinin payı artır. Artıq Almaniyanın Federal Hökuməti bununla əlaqədar olaraq əhali üçün elektrik enerjisi tariflərini bu ilin sonunadək azaltmaq barədə müzakirələr aparır.

AZƏRTAC xəbər verir ki, bu günlərdə ölkə hökumətinin müvafiq qurumunun hesabatında külək stansiyalarında istehsal olunan elektroenerjinin “yaşıl” elektrik enerjisinin bütün digər növlərindən daha əhəmiyyətli olması qeyd olunub. Hazırda AFR-də elektroenerjinin təxminən 35 faizini istehsal edən külək elektrik stansiyaları Atom Elektrik Stansiyası (AES) və İstilik Elektrik Stansiyasından (İES) sonra üçüncü yerdədir. Ümumilikdə isə ölkədə ekoloji enerjinin payı ilk yarım il ərzində 6 faizdən çox artaraq istehlak edilən elektrik enerjisinin yarıdan çoxunu təşkil edib.

Külək energetikasından başqa günəş, bioqaz və geotermal mənbələrin enerjisindən də istifadə olunur.

Əbəs yerə deyil ki, dünyada, o cümlədən Azərbaycanda alternativ enerji mənbələrinə böyük diqqət göstərilir. Maya dəyəri yüksək olmayan alternativ enerji mənbələrinin ətraf mühiti çirkləndirmə səviyyəsi, demək olar ki, sıfıra bərabərdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.