DÜNYA
Almaniya hava hücumundan müdafiə sistemini gücləndirmək üçün 17 milyard avro ayırır
Bakı, 2 fevral, AZƏRTAC
Almaniya hökuməti hava hücumundan müdafiə sistemini gücləndirmək üçün təxminən 17 milyard avro ayırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, Berlinin planlarına 4 milyard avro ayırması planlaşdırılan İsrailin “Arrow 3” raketdən müdafiə sistemi və 10 milyard avro dəyərində ABŞ “Patriot”ları daxildir.
“Almaniya bir neçə hərbi məhsul istehsalçısı ilə onların çoxqatlı raket əleyhinə qalxanın yaradılmasında iştirakına dair danışıqlar aparır ki, bu da 17 milyard avroya başa gələ bilər”, - deyə agentliyin açıqlamasında bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]